18:43

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.
Ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏLİYEVA dedi:
-Hörmətli xanımlar.
Əziz dostlar.
Əziz xanım səfirlər.
Mən sizi görməyimə çox şadam və hər birinizi səmimi qəlbdən salamlayıram. Bir az gec də olsa, sizinlə birlikdə Novruz bayramını qeyd etmək mənim üçün çox xoşdur.
Novruz Azərbaycanın ən sevimli, ruzili və nurlu bayramıdır. Novruz baharın, dirçəlişin simvoludur. Adətən Azərbaycanda Novruz bayramı ailə üzvləri ilə, dostlarla birlikdə bayram süfrəsi arxasında qeyd olunur. Bizim bugünkü görüşümüz də məhz dostluğun, qarşılıqlı hörmətin təzahürüdür.
Əziz qonaqlar, mən sizi bayram münasibətilə ürəkdən təbrik edirəm, sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, təmsil etdiyiniz ölkələrə sülh və əmin-amanlıq arzulayıram.
Siz xeyli vaxtdır ki, Bakıda yaşayırsınız. Ümidvaram ki, Azərbaycanda olduğunuz müddətdə ölkəmizi tanımaq və sevmək imkanınız olub. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Paytaxtımızın simasında Qərb və Şərq, qədimlik və müasirlik vəhdət təşkil edir. Azərbaycan qədim tarixə, mədəniyyətə, ənənələrə malik olan ölkədir. Eyni zamanda, biz müasir, dünyaya açıq, sülhsevər, daim əməkdaşlıq və inkişaf naminə çıxış edən ölkəyik. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Əsrlərboyu Azərbaycan torpağında müxtəlif dinlərin və millətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu tolerantlıq və multikulturalizm ənənələri bu gün də Azərbaycan dövlətinin siyasətində öz əksini tapır və hər bir azərbaycanlının qəlbində yaşayır. Mən əminəm ki, siz Azərbaycanın ən böyük sərvəti olan insanlarımızın qonaqpərvərliyini, istiqanlılığını, səmimiliyini, insansevərliyini hiss etmisiniz. Ümidvaram ki, siz ölkəmizi tərk etdikdən sonra da Azərbaycan sizin qəlbinizdə xoş anlarla, sevinc dolu xatirələrlə yaşayacaq və yenidən ölkəmizə səfər etməyi unutmayacaqsınız.
Hörmətli xanımlar, 2019-cu il Azərbaycan üçün uğurla başlayıb. Bildiyiniz kimi, ölkəmizdə çox vacib islahatlara start verilib, həm iqtisadi sahədə, həm sosial sahədə. Bu gün atılan bütün addımlar Azərbaycanın gələcək uğurlu inkişafını təmin edəcək.
Çox xoş haldır ki, ölkəmizdə xarici səfirliklərin sayı artmaqdadır. Bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik, 13 beynəlxalq təşkilat və 4 baş konsulluq fəaliyyət göstərir. Təmsil etdiyiniz ölkələrlə Azərbaycan qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq qurub və bu əlaqələr inkişaf etdirilir. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.
Hörmətli xanımlar, fürsətdən istifadə edərək mən sizin fəaliyyətinizi xüsusi vurğulamaq istərdim. Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, Azərbaycanda humanitar, sosial sahələrdə icra olunan layihələrə dəstək verdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.
Ölkələr və xalqlar arasında səmimi münasibətlərin formalaşmasında humanizm, xeyirxahlıq, insanlıq diplomatiyasını heç bir şey əvəz edə bilməz və mən buna görə sizə bir daha öz dərin minnətdarlığımı bildirirəm.
Hörmətli xanımlar, qoy bu bahar sizin üçün nurlu olsun, sizə xoşbəxtlik gətirsin. Mən sizə hədsiz xoşbəxtlik, cansağlığı, təmsil etdiyiniz ölkələrə və xalqlara əmin-amanlıq, sülh arzulayıram.
Çox sağ olun və bir daha xoş gəlmisiniz.
X X X
Görüşdə Moldovanın Azərbaycandakı səfirinin xanımı Alla Leuka “HOMS Qrupu” kimi tanınan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları adından çıxış etməyin onun üçün şərəf olduğunu deyərək Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşə, “HOMS”un fəaliyyətinə verdiyi dəyərə və Novruz bayramı münasibətilə təbriklərinə görə təşəkkürünü bildirdi. Azərbaycanda çox sayda Novruz tədbirlərində iştirak etdiklərini, Novruzun sərhədləri aşaraq insanları birləşdirdiyini, bizə oxşar cəhətlərimizi və müxtəlifliyimizin zənginliyini xatırladığını, hörmət, sülh və mehriban qonşuluğa əsaslanaraq xalqlar arasında əlaqələri gücləndirdiyini vurğuladı. Qeyd etdi ki, o, Novruz ruhunu Azərbaycanda bütün ilboyu hiss edir.
“Beynəlxalq ictimaiyyətin üzvləri olaraq biz ev sahibi olan ölkənin cəmiyyətinin açıqlığı, dostluğu, qonaqpərvərliyini hər zaman hiss edirik. Azərbaycan xalqı istiqanlı və səxavətlidir. Biz zəngin tarixə və mədəniyyətə, güclü harmoniya, birgəyaşayış və tolerantlıq ruhuna malik olan, dinamik inkişaf edən və gələcəyə inamla baxan bu gözəl ölkədə olmaqdan xoşbəxtik”, - deyən Alla Leuka təmsil etdikləri “HOMS” təşkilatının gördüyü işlərdən danışdı, humanitar sahədə fəaliyyətlərini davam etdirəcəklərini vurğuladı. Bildirdi ki, bu cür görüşlər beynəlxalq ictimaiyyətlə ev sahibi olan ölkənin rəhbərliyi və xalqı arasında əlaqələri gücləndirməyin daha bir yoludur. Alla Leuka Novruz bayramı münasibətilə bir daha təbriklərini çatdırdı, bütün insanlara dostluq və firavan həyat arzuladı.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Qeyd edək ki, bu gün ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Azərbaycan xarici siyasətdə dostluq və qarşılıqlı etimad prinsiplərinə söykənir. Buna görə də ölkəmiz beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində etibarlı strateji tərəfdaşlardan birinə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycanla daha çox ölkə əməkdaşlıq etmək arzusundadır. Həmin faktı Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik missiyalarının sayı bir daha təsdiq edir.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Pakistanın Baş naziri dövlətimizin başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və...
15 may 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11...
15 may 2025, 12:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin...
15 may 2025, 11:50Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi...
15 may 2025, 11:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis...
15 may 2025, 11:46PDF yükləyin
15 may 2025, 11:44Azərbaycan Respublikasının
2025-ci il 1 may tarixli Qanunu ilə
təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə...
15 may 2025, 11:42Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Kontitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”...
15 may 2025, 11:40Hörmətli cənab Baş nazir,
Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz Albaniya Sosialist Partiyasının qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Lideri olduğunuz partiyanın bu yeni uğuru Albaniyanın...
15 may 2025, 10:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
14 may 2025, 13:19Hörmətli cənab Prezident,
Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki,...
14 may 2025, 11:11