Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayevdən

23 may 2025, 15:46

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Ötən müddət ərzində Azərbaycan cəmiyyətin həyatının bütün sahələrinin təkmilləşdirilməsi və müasirləşdirilməsi işində heyrətamiz nəticələrə, yüksək iqtisadi inkişaf templərinə, dünya birliyində nüfuzunun möhkəmləndirilməsinə nail olmuş, uğurlu beynəlxalq layihələrin təşəbbüskarı kimi xüsusi rol oynamışdır.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz davamlı diqqətə görə Sizə minnətdarıq. ŞƏT-in dialoq üzrə tərəfdaşı olaraq Azərbaycan 10 ildən artıqdır ki, təşkilatın məqsəd və vəzifələrinin həyata keçirilməsinə mühüm töhfə verir. Əminik ki, Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq gələcəkdə də möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Azərbaycanın daha da tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və əmin-amanlıq arzu edim.

Dərin hörmətlə,

 

Nurlan Yermekbayev

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi

SƏNƏDLƏR Fərmanlar 20 iyun 2025
13:12
“Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il aprelin 30-da Əl-Küveyt şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında...

20 iyun 2025, 13:12
SƏNƏDLƏR Fərmanlar 20 iyun 2025
13:10
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında...

20 iyun 2025, 13:10
SƏNƏDLƏR Fərmanlar 20 iyun 2025
13:08
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında...

20 iyun 2025, 13:08
OSZAR »