12:06

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:
1. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Təşkilat Komitəsinin üzvləri:
Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoru
Sahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri
Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri
Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi
Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Aygün Əliyeva – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru
Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Səbinə Hacıyeva – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi
Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
Ceyran Mahmudova – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru
Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
Gülçöhrə Məmmədova – Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
İlqar Musayev – Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri
Gülşən Rzayeva – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini
Umayra Tağıyeva – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Səadət Yusifova – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi:
2.1. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirsin;
2.2. əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2025-ci il
Hörmətli konfrans iştirakçıları!
Sizi “Yeni dünya nizamı: geosiyasi aspektlәr vә qlobal çağırışlar” mövzusunda Şuşada keçirilən beynəlx
15 iyun 2025, 09:44İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı İran İslam Respublikası və İsrail Dövləti arasında vəziyyətin gərginləşməsi...
14 iyun 2025, 20:23Əlahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və...
14 iyun 2025, 18:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan...
13 iyun 2025, 13:32Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu...
13 iyun 2025, 13:30Hörmətli Konqres iştirakçıları!
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş nəcib...
13 iyun 2025, 10:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Syerra-Leone Respublikasının Hökuməti və...
12 iyun 2025, 18:11Hörmətli cənab Baş nazir,
Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı...
12 iyun 2025, 17:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...
12 iyun 2025, 16:572023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...
12 iyun 2025, 16:55